Tərtərdə ev əşyaları ilə birlikdə yanıb

Tərtərdə ev əşyaları ilə birlikdə yanıb
# 02 may 2022 00:29 (UTC +04:00)

Tərtərdə ev yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini Abbaszadə Qardaşxan Əkbər oğluna məxsus ümumi sahəsi 144 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları 96 kvadratmetr hissədə əşyalarla birlikdə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR