Tərtərdə evdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO

Tərtərdə oğurluq

© APA | Tərtərdə oğurluq

# 21 fevral 2022 15:46 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 15 000 ABŞ dolları, 10 000 manat pulunun və 20 000 manat dəyərində isə qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, verilən məlumata görə, müraciət əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həytaı yaşamış Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska, əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR