Tərtərdə iki nəfər minaya düşüb - YENİLƏNİB - VİDEO

# 01 oktyabr 2022 12:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtərdə mina hadisəsi barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, 2022-ci 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

***

12.01

Tərtərdə iki nəfər minaya düşüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib.

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR