Tərtərdə piyadanı vurub öldürən sürücü saxlanılıb

Tərtərdə piyadanı vurub öldürən sürücü saxlanılıb
# 09 iyul 2022 10:26 (UTC +04:00)

İyulun 8-də saat 20 radələrində Tərtər rayonunun Köçərli kəndi ərazisində rayon sakini B. Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Cümşüd Məmmədovu vurub hadisə yerini tərk edib. Nəticədə C. Məmmədov hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan B. Kərimov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR