Tərtərdə qəbiristanlıqdan oğurluq edilib

Tərtərdə qəbiristanlıqdan oğurluq edilib
# 10 sentyabr 2022 11:13 (UTC +04:00)

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Araşdırmalarla onların həmin kənd sakinləri V. Əlizadə, N. Qasımov və Ü. Əlizadə olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR