Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb - YENİLƏNİB - VİDEO

Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb - YENİLƏNİB  - VİDEO
# 18 aprel 2022 11:20 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə Türkiyə vətəndaşının qayınatasının avtomobilini yandırması faktına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, aprelin 17-də gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Hazret Işık Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək ona, qayınanasına və həyat yoldaşına küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmçinin qayınatasına məxsus avtomobili qəsdən yandırıb. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Tərtər RPŞ-də müvafiq ekspertizalar təyin olunmaqla cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

10.09

Tərtərdə Türkiyə vətəndaşı qayınatasının avtomobilini yandırıb.

APA xəbər verir ki, hadisə rayonun Seydimli kəndində qeydə alınıb. Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Hazret İşık qayınatası 1965-ci il təvəllüdlü Həbib İsmayılovun evinin qarşısına gələrək onun "VAZ 2107" markalı avtomobilini qəsdən yandırıb. Nəticədə Həbib İsmayılova 6500 manat maddi ziyan dəydiyi bildirilir.

Faktla bağlı Tərtər rayon Polis Polis Şöbəsində cinayət işi başlanıb.

Habil Aslanoğlu

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR