Tərtərə yeni hərbi prokuror təyin edilib

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 20 aprel 2022 19:12 (UTC +04:00)

Tərtər rayonunun hərbi prokuroru işdən çıxarılıb.

APA-nın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayonunun hərbi prokuroru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR