Tikinti şirkətinin dələduzluqda təqsirləndirilən təsisçisinə şərti cəza verilib

Tikinti şirkətinin dələduzluqda təqsirləndirilən təsisçisinə şərti cəza verilib
# 19 avqust 2022 10:46 (UTC +04:00)

“Meqa-Siti Holding” MMC-nin təsisçilərindən biri olan Fariz Nuriyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fariz Nuriyev külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edərək ona şərti cəza verib.

Şirkət rəhbəri məhkəmə istintaqı dövründə də azadlıqda olub.

Xatırladaq ki, Fariz Nuriyev hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Şirkət rəhbəri Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR