Tovuz sakini arvadını qətlə yetirib

Tovuz sakini arvadını qətlə yetirib
# 13 iyul 2022 13:17 (UTC +04:00)

Tovuz rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-ya bildirib ki, qətli törədən şəxs Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR