Tovuzda 13 yaşlı qızı qaçıran 44 yaşlı şəxslə bağlı cinayət işi başlanıb

Tovuzda 13 yaşlı qızı qaçıran 44 yaşlı şəxslə bağlı cinayət işi başlanıb
# 23 may 2023 10:09 (UTC +04:00)

Tovuzda 13 yaşlı qızı qaçıran şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

APA-nın əldə etdiyi xəbərə görə, saxlanılan şəxsin 44 yaşı var. Onun ilk nikahından övladlarının olduğu bildirilir.

Qeyd edək ki, mayın 20-də Tovuzda 13 yaşlı qızın itkin düşməsi barədə məlumat yayılıb. 2010-cu il təvəllüdlü Ə.Tağıyevanın yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyü açıqlanıb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Onun qaçdığı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR