Tovuzda 22 yaşlı oğlan tanışını bıçaqlayıb

Tovuzda 22 yaşlı oğlan tanışını bıçaqlayıb
# 28 sentyabr 2022 09:21 (UTC +04:00)

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Elxan Əliyev münaqişə zəminində həmkəndlisi olan tanışı, 1997-ci il təvəllüdlü Elməddin İsmayılovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Elxan Əliyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR