Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürüb - FOTO

Tovuzda 59 yaşlı kişini avtomobil vuraraq öldürüb - FOTO
# 23 yanvar 2023 23:55 (UTC +04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətədə olan "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Zülfüqar Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR