Tovuzda avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

Tovuzda yol qəzası

© APA | Tovuzda yol qəzası

# 17 may 2022 15:58 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Tağıyev Röyal Həsən oğlunun idarə etdiyi "Khazar" markalı minik maşınının idarəetmədən çıxması nəticəsində avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində 4 nəfər - sürücü və 2005-ci il təvəllüdlü Qasımov Yaşar Elnur oğlu, 2005-ci il təvəllüdlü Qarayev Sənan Nazim oğlu, 2005-ci il təvəllüdlü Nəbiyev Süleyman Tofiq oğlu xəsarət alıb.

İlkin məlumata görə, qəzaya minik maşınının qarşısına it çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR