Tovuzda avtomobil təmiri sexi və çayxana yanıb - FOTO - VİDEO

Tovuzda avtomobil təmiri sexi və çayxana yanıb - FOTO  - VİDEO
# 28 oktyabr 2022 09:48 (UTC +04:00)

Tovuz rayonunun Aşağı Quşçu kəndində yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli zirzəmidən ibarət müxtəlif təyinatlı obyektin (avtomobil təmiri sexi və çayxana) 1-ci mərtəbəsində hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin və bitişik, sahəsi 80 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan hər birinin sahəsi 30 m² olan 2 ədəd avtomobil təmiri sexinin lambirdən ibarət tavanı əriyib. Obyektin zirzəmisi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR