Tovuzda evdə baş verən yanğın zamanı iki nəfər ölüb - FOTO - VİDEO

Tovuzda evdə baş verən yanğın zamanı iki nəfər ölüb  - FOTO  - VİDEO
# 25 iyul 2022 08:47 (UTC +04:00)

Tovuzda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR