Tovuzda evə ildırım düşüb

Tovuzda evə ildırım düşüb
# 27 iyun 2022 13:30 (UTC +04:00)

Dünən Tovuzda evə ildırım düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıb.

Güclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub.

Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR