Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 23 avqust 2019 17:46 (UTC +04:00)

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı şadlıq saraylarının birinin qarşısında baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - İbrahimhacılı kənd sakinləri, 2010-cu il təvəllüdlü Ömər Samir oğlu Abbasov, 1999-cu il təvəllüdlü Elmir Emin oğlu Tahirli və Düz Cırdaxan kənd sakini, 1999-cu il təvəllüdlü Asif Vasif oğlu Dəmirov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR