Tovuzda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Tovuzda iki maşın toqquşub, xəsarət alan var - FOTO
# 09 noyabr 2022 10:11 (UTC +04:00)

Tovuz rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ”-ın sürücüsü, 1984-cü il təvəllüdlü Məmmədov Rövşən İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR