Tovuzda iki qardaş bıçaqlanıb - YENİLƏNİB

Tovuzda iki qardaş bıçaqlanıb - YENİLƏNİB
# 31 may 2023 22:05 (UTC +04:00)

Tovuzda iki qardaşın bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə qardaşlardan birinin övladın dünya gəlməsinin 40 günü ilə bağlı keçirilən mərasimdə baş verib.

Cəfərovlar ailəsinə qonaq gələn ailənin kürəkəni Zəlimxan adlı şəxs əvvəlcə qayını İsraillə, daha sonra Gündüzlə mübahisə edib.

Bundan sonra Zəlimxan hər iki qardaşı bıaçqlayıb.

Hadisəni törədən şəxs həmin vaxtı sərxoş olub.

***

Saat 21:09

Tovuzda bıçaqlanma hadisəsi baş.verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, qardaşlar - Cəfərov Gündüz və Cəfərov İsrail tanışları tərəfindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR