Tovuzda maskalı şəxs oğurluğa girdiyi evi yandırmağa cəhd edib - FOTO

Tovuzda maskalı şəxs oğurluğa girdiyi evi yandırmağa cəhd edib - FOTO
# 02 avqust 2022 15:53 (UTC +04:00)

Tovuz rayonunda maskalı şəxs ev sahibini hədələyərək evdən qızıl və pul aparıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

İlkin məlumata görə, ev sahibi Anar Süleymanovun getdiyini gördükdən sonra evə yaxınlaşan bir nəfər özünü su idarəsinin işçisi kimi təqdim edib. O, qapını açan ev sahibinin həyat yoldaşına fiziki güc tətbiq edərək qızılların və pulun yerini soruşub.

Qadın bundan imtina etdiyi üçün maskalı şəxs onun evdə olan azyaşlı oğlunu boğmaqla hədələyib. Bu zaman qadın evdə olan müəyyən məbləğdə pulun və qızılın yerini deyib. Nəticədə naməlum şəxs evdən qızılları və pulu götürüb. Gedərkən isə məktub yazaraq ev sahiblərini ölümlə hədələyib, izi itirmək üçün evi yandırmağa cəhd edib.

Əraziyə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR