Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb

Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb
# 19 iyul 2019 10:36 (UTC +04:00)

Tovuzda arı sancması nəticəsində orta məktəb müəllimi ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Tovuz rayonu Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR