Tovuzda polis polkovniki piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuzda polis polkovniki piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 08 avqust 2022 10:50 (UTC +04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzasını polis əməkdaşının törətdiyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, qəzanı Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov törədib.

Ədalət Sadıqov "KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

08.06

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KİA" markalı minik avtomobili Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sadıqov Samir Zirəddin oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR