Tovuzda qəzada bir qadın həlak olub, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-2

Tovuzda qəzada bir qadın həlak olub, 4 nəfər yaralanıb  - FOTO   - YENİLƏNİB-2
# 27 iyul 2022 22:40 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə yerinə Tovuz RPŞ Dovlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.

***

22.13

Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.

Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüləridir. Faktla bağlı araşdırma aparılır.

***

21.31

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.

Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR