Tovuzda yeniyetməni maşın vurub

Tovuzda yeniyetməni maşın vurub
# 21 noyabr 2019 18:24 (UTC +04:00)

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Məhərəmov Nicat Firdovsi oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR