Tovuzda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Tovuzda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 08 fevral 2023 12:44 (UTC +04:00)

Tovuzda baş verən qəzada iki nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, qəza nəticəsində ölənlərin 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasova olduğu bildirilir. Qəzada 1965-ci il təvəllüdlü Asiman Abuzərov, 1970-ci il təvəllüdlü Natiq Qasımov və 1964-cü il təvəllüdlü Mayıl Quliyev xəsarət alıb.

***

11.04

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Əlimərdanlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa edilib. İlkin araşdırmalara görə, “VAZ 21011” və “Mitsubishi” markalı pikapın toqquşması nəticəsində “VAZ”da olan 4 nəfərdən 2-si xəsarət alıb, iki nəfər - 1 qadın, 1 kişi ölüb.

Hazırda xəsarət alanların və ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR