Tovuzdakı yarımstansiyada yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Tovuzdakı yarımstansiyada yanğın söndürülüb  - FOTO   - YENİLƏNİB-1  - VİDEO
# 10 avqust 2022 23:30 (UTC +04:00)

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

23.27

"Tovuzdakı yarınstansiyada yanğına səbəb 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub".

Bu barədə APA-ya "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib"-deyə o bildirib

***

21.36

Tovuzda yarımstansiyada yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz elektrik yarımstansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR