Tovuzdan Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın tapılıb - FOTO - VİDEO - YENİLƏNİB

Tovuzdan Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın tapılıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 23 may 2022 18:12 (UTC +04:00)

Tovuzdan Bakıya verilişə gələndə itkin düşıən yaşlı qadın tapılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonu Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib. O, gün ərzində ailəsinə təhvil veriləcək.

***

09.40

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR