Tovuzun kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib - YENİLƏNİB

Tovuzun kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib  - YENİLƏNİB
# 23 sentyabr 2022 21:35 (UTC +04:00)

Günün ikinci yarısında güclü külək nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Tovuzun bir sıra kəndlərinə enerji verilişi bərpa edilib.

Bunu APA-ya "Azərişıq" ASC-dən bildiriblər.

Açılmadan dərhal sonra əməkdaşlar qəza yerinə yollanıblar və hazırda Tovuz rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib.

***

18.17

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR