Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq edənlər saxlanılıb

Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq edənlər saxlanılıb
# 23 iyun 2022 11:30 (UTC +04:00)

Şəmkir rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakini Arzuman Nağdəliyev “VAZ” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törədib və avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.

Bundan əlavə, sosial şəbəkələrdə “Son zəng” tədbirində “VAZ” markalı avtomobillə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü də polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR