Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb - FOTO

Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb - FOTO
# 12 iyun 2022 19:08 (UTC +04:00)

Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, Şəki rayonunun Aşağı Küngüt kəndində "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR