Toydan gələn sərxoş sürücü maşını aşırıb, üç nəfər xəsarət alıb - FOTO

Toydan gələn sərxoş sürücü maşını aşırıb, üç nəfər xəsarət alıb - FOTO
  • Clock-gray 23:29
  • calendar-gray 23 Avqust 2019

 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerıi bürosunun məlumatına görə, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

Belə ki, 20-BL-353 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb. 

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib. Qəzaya səbəb isə yüksək sürət olub. 

Faktla bağlı araşdırmalar davam edir.
 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date