Türkiyə-Naxçıvan sərhədi açılıb.
APA-nın əldə etdiyi xəbərə görə, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.
Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.
Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.