Türkiyə vətəndaşı Qazaxda ürək tutmasından dünyasını dəyişib

Türkiyə vətəndaşı Qazaxda ürək tutmasından dünyasını dəyişib
# 29 noyabr 2021 00:12 (UTC +04:00)

Qazaxda Türkiyə Respublikasının vətəndaşı, 61 yaşlı Hilal Kəskin ürək tutmasından dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, ölüm hadisəsi “Qırmızı Körpü”də qeydə alınıb.

Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, Türkiyə vətəndaşı ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Kəskinin sürücü olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR