Türkiyə vətəndaşı Şəmkirdə qəza törədib

Türkiyə vətəndaşı Şəmkirdə qəza törədib
# 29 avqust 2022 08:02 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nətiəcədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.

Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR