Türkiyədə avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 35 nəfər yaralanıb

Türkiyədə avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 35 nəfər yaralanıb
# 05 fevral 2023 11:29 (UTC +04:00)

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu Afyonkarahisarın Dinar Haydarlı yaşayış məntəqəsi yaxınlığında aşıb.

Qəza nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR