Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır

Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır
# 04 oktyabr 2022 21:32 (UTC +04:00)

Türkiyədə intihar edən azərbaycanlı qadının yaxınları axtarılır.

APA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Zeynalova Gülnar Füzuli qızının meyiti Dənizli vilayətində aşkar edilib.

G.Zeynalovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən morqa təhvil verilsə də, hələ ki, yaxınlarından heç kim müəyyən edilməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələdən xəbərdardırlar: "Hazırda araşdırma aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR