Türkiyədə torpaq uçqunu zamanı ölən azərbaycanlı sürücünün şəxsiyyəti bilinib - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyədə torpaq uçqunu zamanı ölən azərbaycanlı sürücünün şəxsiyyəti bilinib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 01 iyul 2022 12:02 (UTC +04:00)

Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur.

***

11:12

Türkiyənin Artvin şəhərində baş verən torpaq uçqununda ölən şəxs azərbaycanlıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub: “Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR