Türkiyədən gələn yük avtomobilində külli miqdarda dərman preparatı aşkarlanıb

Türkiyədən gələn yük avtomobilində külli miqdarda dərman preparatı aşkarlanıb
# 18 sentyabr 2019 11:53 (UTC +04:00)

Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “İpək Yolu” gömrük postunda Türkiyədən gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatı aşkar edilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR