Üç koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Üç koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
# 11 yanvar 2022 10:20 (UTC +04:00)

Yanvarın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR