Ucarda 11 yaşlı qızı maşın vurub

Ucarda 11 yaşlı qızı maşın vurub
  • Clock-gray 15:58
  • calendar-gray 21 Oktyabr 2019

Ucarda piyadanı maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Rövşən Məhəmməd oğlu Kərimov idarə 61 BH 206 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə yolu keçən piyada, rayon sakini, 2008-ci il təvəllüdlü Gülüstan Rasim qızı Məmmədovanı vurub. G.Məmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin yardım göstərildikdən sonra G.Məmmədova Göyçay rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Zahid Abışov

Digər xəbərlər

Arxiv

date