Ucarda 2 mərtəbəli ev yanıb, xəsarət alan var - FOTO - YENİLƏNİB

Ucarda 2 mərtəbəli ev yanıb, xəsarət alan var - FOTO  - YENİLƏNİB
# 24 noyabr 2022 16:14 (UTC +04:00)

FHN Ucarda evdə baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Ucar rayonunun Təzə Şilyan kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13.59

Ucarda fərdi yaşayış evində yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Azad oğlu Azadova məxsus, ümumi sahəsi 340 kvadratmetr olan ikimərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin ikinci mərtəbəsi və çardaq hissəsi tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi E. Azadov yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR