Ucarda 50 yaşlı qadın dəm qazından boğulub

Ucarda 50 yaşlı qadın dəm qazından boğulub
# 16 yanvar 2023 10:33 (UTC +04:00)

Ucar sakini dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucarın Şamil Fərzəliyev küçəsində kirayədə yaşayan Gəraybəyli kənd sakini, 1973-cü il təvəllüdlü Gülşən Ağaisa qızı Quliyeva hamamda huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan həkim briqadası onun dəm qazından boğularaq öldüyünü müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR