Ucarda avtomobil kanala düşüb, bir ailənin 6 üzvü xəsarət alıb - FOTO - YENİLƏNİB

Ucarda avtomobil kanala düşüb, bir ailənin 6 üzvü xəsarət alıb - FOTO - YENİLƏNİB
# 12 sentyabr 2019 12:33 (UTC +04:00)

Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, məlum qəza nəticəsində xəsarət alan 6 nəfər bir ailənin üzvləridir.

Xəsarət alanlar Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Əhmədzadə Aysu Elmir qızı, 2015-ci il təvəllüdlü Əhmədzadə Ələddin Elmir oğlu, 2013-cü il təvəllüdlü Əhmədzadə Alin Elmir qızı, 1982-ci il təvəllüdlü Əhmədov Elmir Vaqif oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Şəbnəm Ələddin qızı və Mingəçevir sakini, 1958-ci il təvəllüdlü Rəhimova Gültəkin Kərim qızıdır. Xəstəxanadan verilən məlumata görə, Ə.Əhmədzadə və G.Rəhimovanın vəziyyəti ağır olduğundan, hər iki yaralı travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər digər yaralıların vəziyyətini orta-ağır qiymətləndirirlər.

***

Saat 11:58

Ucarda yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan “Chevrolet” markalı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR