Ucarda daha bir ev yanıb - FOTO - VİDEO

Ucarda daha bir ev yanıb  - FOTO  - VİDEO
# 28 iyun 2022 01:33 (UTC +04:00)

Ucarda daha bir fərdi yaşayış evi yanıb.

APA-nın yeri bürosunun xəbərinə görə, hadisə saat 23:50 radələrində rayonun Vəsilə Zahidova küçəsində qeydə alınıb.

Rayon sakini, 1950-ci il təvəllüdlü Fatma Əmrah qızı Məmmədovaya məxsus 3 otaq və artırmadan ibarət evdə yanğın baş verib. Ev sahibi Bakıda yaşadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı əşyaları ilə birlikdə yansa da, yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.

Məlumata görə, yanğın baş verən vaxt evin pəncərələrinin şüşələri sınıq olub və qonşu otaqlarda əşyalar dağıdılıb. İlkin ehtimala görə, oğrular evi qarət etdikdən sonra izi itirmək məqsədi ilə yanğın törədiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Qeyd edək ki, ötən gün rayonun Qazyan kəndində də ev yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR