Ucarda dönərçi bıçaqlanıb

Ucarda dönərçi bıçaqlanıb
# 25 noyabr 2022 18:45 (UTC +04:00)

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün rayonda fəaliyyət göstərən dönərxanada baş verib.

Rayon sakini, 2006-cı il təvəllüdlü Rüfət Vahid oğlu Əliyev həmyaşıdı və həmyerlisi Əli Abbas oğlu İmanova ona nisyə dönər vermədiyi üçün bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR