Ucarda güclü küləyin qopardığı dam örtüyü bir nəfərə xəsarət yetirib - YENİLƏNİB

Ucarda güclü küləyin qopardığı dam örtüyü bir nəfərə xəsarət yetirib - YENİLƏNİB
# 31 may 2023 22:07 (UTC +04:00)

Ucarda yağışla müşahidə olunan güclü külək evin dam örtüyünü qoparıb.

APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov xəsarət alıb.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Bundan başqa rayonun Küçəkənd kəndində ağac Aşura Musayevaya məxsus dükanın üzərinə aşıb. Nəticədə o, yüngül xəsarət alıb.

Zərərçəkənin dediyinə görə, ona ümumilikdə 12 000 manat ziyan dəyib.

***

Saat 19:47

Ucarda güclü külək fəsadsız ötüşməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında yağışla müşahidə olan güclü külək rayonun müxtəlif ərazilərində bir neçə iri gövdəli ağacı aşırıb. Rayonun Azərbaycan küçəsində kanalizasiya sisteminin bərbad olması səbəbindən yağış suları evlərin həyətinə dolub. Bundan əlavə qısa müddətli güclü külək nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Bir neçə ərazidə naqillərdə baş verən qırılmalar səbəbindən rayonda elektrik enerjisi təchizatı müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR