Ucarda iki maşını toqquşub, 4 nəfər xəsarət alıb - FOTO

Ucarda iki maşını toqquşub, 4 nəfər xəsarət alıb - FOTO
# 11 yanvar 2023 18:26 (UTC +04:00)

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun "Azərbaycan" küçəsində qeydə alınıb.

"VAZ-21013" və "Seat lbiza" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər - 1977-ci il təvəllüdlü Ramil Cümşüd oğlu Babayev, 1945-ci il təvəllüdlü Ceyran Həsən qızı İsmayılova, 1978-ci il təvəllüdlü Bəxtiyar Əli oğlu Mirzəyev və 2014-cü il təvəllüdlü Yusif Elman oğlu Həmidzadə müxtəlif xəsarətlər alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR