Göyçay çayı məcrasından çıxıb, kəndi su basıb - FOTO - YENİLƏNİB - VİDEO

Göyçay çayı məcrasından çıxıb, kəndi su basıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 26 may 2022 13:48 (UTC +04:00)

Göyçay çayı məcrasından çıxıb.

APA-nın yerli bürosu xəbər verir ki, Göyçay və ətraf rayonlara yağan güclü leysan yağışları nəticəsində çayda suyun səviyyəsi ötən gün səhər saatlarından kəskin artıb.

Bu gecə təxminən saat 3 radələrində Ucar rayonunun Lək kəndindən keçən hissəsində məcrasından çıxan çay kənd istiqamətində bəndi yarıb. Hadisə yerinə Ucar Rayon Suvarma Sistemləri İdarəsinin, Sabirabad və Zərdab rayonunun müvafiq qurumlarının canlı qüvvəsi və onlarla texnikası cəlb olunub. Aparılan tədbirlər nəticəsində bu gün saat 11 radələrində yarılan bənd bərpa olunub.

Göyçay çayı Ucar rayonunun Lək və Xalac, Zərdab rayonunun Alıcanlı kəndindən çökək hissədən keçdiyindən hər an uçma təhlükəsi var.
Bu səbəbdən də həmin ərazilərdə hazırda bənd-bərkitmə işləri davam etdirilir.

Hazırda körpülərə yığılıb qalan şillər Ucar Suvarma Sistemləri İdarəsinin texnikaları vasitəsi ilə təmizlənir və çayın sahilinə nəzarət gücləndirilib. Uçqunun qarşısı vaxtında alındığından kənd sakinlərinin əkin sahələrinə və əmlaklarına heç bir ziyan dəyməyib.

***

09.41

Göyçay çayı məcrasından çıxıb, kəndi su basıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay çayının Ucar rayonunun Lək kəndindən keçən hissəsindən çay məcrasından çıxıb.

Hadisə gecə saatlarında baş verib. Hazırda müvafiq qurumların texnikaları hadisə yerində uçqunun qarşısını almağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR