Ucarda maşınla vurulan piyada ölüb - VİDEO - YENİLƏNİB

Ucarda maşınla vurulan piyada ölüb - VİDEO  - YENİLƏNİB
# 23 may 2022 10:23 (UTC +04:00)

Ucarda ötən gün avtomobilin vurduğu piyada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Qərib oğlu Tağıyev Ucar Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsində keçinib.

***

22 may, 19.50

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

"FORD" markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR