Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
# 07 may 2022 20:24 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Lada" markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR